İQTİSADİYYAT
İlin birinci yarısında 1 milyon tondan çox dizel yanacağı istehsal olunub
Bakı, 17 iyul, AZƏRTAC
Yanvar-iyun aylarında Azərbaycanda 1 milyon 67 min ton dizel yanacağı, 607,2 min ton avtomobil benzini, 151,8 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 300,3 min ton ağ neft, 57,8 min ton yanacaq mazutu, 9,6 min ton sürtkü yağları, 98 min ton neft bitumu və 446,9 min ton neft koksu istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 6 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 535,6 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 1,5 faiz azalıb.
Neft məhsullarından avtomobil benzininin, ağ neftin, sürtkü yağlarının, neft bitumunun istehsalı azalıb. Yanacaq mazutunun, dizel yanacağının, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]