ELM VƏ TƏHSİL


İlin sonunadək bütün dövlət qulluğu imtahanları kompüter sistemində aparıla bilər

İlin sonunadək bütün dövlət qulluğu imtahanları kompüter sistemində aparıla bilər

Bakı, 2 fevral, AZƏRTAC

Dövlət qulluğunda səriştə modelinə keçid etmək vacib məsələdir. İki il ərzində "Yüksəliş" müsabiqəsində də həmin səriştə modelinə əsaslanaraq mütəxəssislərimiz tərəfindən yaradılan alətlərdən istifadə etmişdik.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, ilin sonunadək dövlət qulluğuna qəbul imtahanları kompüter sistemində keçirilə bilər: "Gələcəkdə kompüter sisteminə daha çox yüksək səviyyəli, məsələn, doktoranturaya, magistraturaya qəbul imtahanlarında keçid edəcəyik. Buraxılış imtahanları ən kütləvi imtahanlar olduğu üçün qarşıdakı 5 ildə onları kompüterdə keçirmək mümkün deyil".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.