MƏDƏNİYYƏT


İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş xalça eskizi müsabiqəsi elan edilib

Bakı, 5 aprel, AZƏRTAC

Prezident İlham Əliyev 2019-cu ildə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamından irəli gələrək Azərbaycan Xalça Muzeyi II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Nəsimiyə həsr olunmuş xalça eskizi müsabiqəsi elan edib.

Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlərdən öz xalça eskizlərinin mayın 15-dək “600 DPI JPEG” formatında skan olunmuş versiyasını [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.

Müsabiqənin münsiflər heyətinə Əməkdar mədəniyyət işçisi, dosent Emin Məmmədov, Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının əlaqələndiricisi, Əməkdar mədəniyyət işçisi Cahangir Səlimxanov, Xalq rəssamı Eldar Mikayılzadə, Əməkdar mədəniyyət işçisi Məmmədhüseyn Hüseynov daxildir.

Münsiflər heyəti tərəfindən seçilən ən kreativ 20 xalça eskizi Azərbaycan Xalça Muzeyində sərgilənəcək və muzeyin rəsmi “Facebook” səhifəsində təqdim olunacaq.

Müsabiqənin qaliblərinə pul mükafatı təqdim ediləcək. Birinci yerin qalibi 4 min manat, ikinci yerin qalibi 2 min manat, muzeyin “Facebook” səhifəsində ən çox izləyici toplayan xalça eskizinin müəllifi min manat məbləğində mükafatlandırılacaq və onların eskizləri əsasında xalçalar toxunulacaq.

Müsabiqənin qalibi xarici vətəndaş olduğu halda, onun II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalında iştirak etməsi üçün yol və mehmanxana xərci ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.