REGİONLAR
İmişlidə sahələrdən 3 min 524 ton şəkər çuğunduru yığılıb
İmişli, 11 dekabr, Mahir Babayev, AZƏRTAC
İmişlidə şəkər çuğunduru sahələrində məhsul yığımı başa çatıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il 109 hektar sahədə çuğundur becərilib. Torpaq mülkiyyətçilərinin “Kayota”, “Zeper”, “Radofe” kimi yüksək məhsuldar sortların əkininə üstünlük verməsi nəticəsində sahələrdə bol məhsul yetişib. Yığıma mütəşəkkil başlayan məhsul istehsalçıları plantasiyalardan 3 min 524 ton məhsul yığıblar. Yığılmış sahələrin hər hektarının məhsuldarlığı orta hesabla 400 sentnerə çatır ki, bu da ötən ildəkindən 100 sentner çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]