ELM VƏ TƏHSİL


İncəsənət Gimnaziyasının şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar

Bakı, 12 noyabr, AZƏRTAC

Qazaxıstanın Aktobe şəhərində gənc istedadların “Alem Talant Star” müsabiqəsi keçirilib. Müsabiqəyə musiqi, xoreoqrafiya, rəngkarlıq, teatr nominasiyaları üzrə Rusiya, Türkiyə, Qazaxıstan və Ukraynadan 800 iştirakçı qatılıb. Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdləri Azərbaycanı müsabiqədə uğurla təmsil ediblər.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, VI sinif şagirdi Toğrul Məmmədov və VII sinif şagirdi Nuranə Əliyeva fortepiano nominasiyası üzrə “Gran Prize” mükafatına layiq görülüb. Nuranə Əliyeva, həmçinin ansambl nominasiyasında “Gran Prize” mükafatı qazanıb.

Teatr şöbəsinin şagirdləri Almaz Həsənzadə və Fidan Tahirova isə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş kompozisiya ilə müsabiqəyə qatılaraq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib, I dərəcəli diplomlarla təltif olunublar.

Rəsmləri ilə müsabiqəyə qatılan təsviri və tətbiqi sənət şöbəsinin şagirdləri Natiqə Əsədli və Nəzrin Əliyeva da müsabiqədən uğurla geri qayıdıblar. X sinif şagirdi Natiqə Əsədli I yerə, Nəzrin Əliyeva isə II yerə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.