DÜNYA


İnflyasiya Mərkəzi Avropanın bir sıra ölkələrində yoxsulluğun artmasına səbəb olub

Praqa, 17 may, AZƏRTAC

Mərkəzi Avropanın bir sıra ölkələrində qiymət artımı və artan inflyasiya yoxsulluq həddindən aşağı gəlirləri olan ev təsərrüfatlarının sayını əks etdirən diaqram əyrisinin yüksəlişinə səbəb olub.

AZƏRTAC xəbər verir ki, “Vışeqrad qrupu”na daxil olan ölkələrdə (Çexiya, Slovakiya, Macarıstan və Polşa) bu göstəricilər 14-16 faiz diapazonuna çatıb. Məsələn, ötən ilin sonunda yoxsulluq həddindən aşağı gəliri olan çex ev təsərrüfatlarının xüsusi çəkisi 9 faiz idisə, indi bu rəqəm 16 faizdir. Macarıstanda vəziyyət bir qədər yaxşıdır - artım 14 faizdə dayanıb. Polşa və Slovakiya hardasa ortadadır - bu iki ölkədə yoxsul ailələrin nisbəti 15 faizə yüksəlib. Mütəxəssislər bu ölkələrdə yoxsulluğun artmasını mənzil, enerji daşıyıcıları və qida məhsullarının bahalaşması ilə əlaqələndirirlər.

Bütün bu dörd ölkədə ən həssas əhali qrupu tək pensiyaçılar və tək valideynlərdir. Ölkənin uşağı olmayan yetkin sakinləri yoxsul vətəndaşlar kateqoriyasına düşmək təhlükəsinin öhdəsindən daha yaxşı gəlirlər.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.