İQTİSADİYYAT


İngiltərənin “Freight Week” jurnalı yeni Bakı Limanı barədə məqalə dərc edib

Bakı, 7 yanvar, Elvin Camalov, AZƏRTAC

Dünyada dəniz nəqliyyatı və liman sahəsində ən tanınmış nəşrlərdən olan İngiltərənin “Freight Week” jurnalının 2018-ci il dekabr buraxılışında Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Bakı Limanının ölkəmizin iqtisadiyyatının şaxələndirilməsinə, ümumi rifahın yüksəldilməsinə verəcəyi töhfə, müasir standartlara uyğun və avtomatlaşdırılmış əməliyyat sistemi, limanın mühüm nəqliyyat dəhlizində yerləşməsi barədə ətraflı məlumat verilib.

Dərc olunan məqalədə limanın istismar xidmətinin rəisi Yucin Seahdan xüsusi müsahibə alınıb. O bildirib ki: “Son zamanlar Azərbaycanın, xüsusilə də Bakının, qlobal tədarük zəncirindəki mühüm rolu gücləndirilib. İnanırıq ki, limanın gələcək mərhələli inkişafı ilə Azərbaycanın önəmi artmaqda davam edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.