REGİONLAR
İntensiv və superintensiv bağlar ümumi bağların 14 faizini təşkil edir
Bakı, 7 yanvar, AZƏRTAC
Yüksək əlavə dəyər yaradan sahələrdən biri kimi, intensiv bağçılığın inkişafı da müsbət nəticələr verib.
AZƏRTAC xəbər verir ki, yanvarın 6-da Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, 2020-ci ildə intensiv və superintensiv bağlar ümumi bağların 14 faizini təşkil edib. Bu il Prezidentin tapşırığına uyğun olaraq, intensiv üsulla fındıq, zeytun, nar və sitrus bağlarının salınmasına görə birdəfəlik əlavə maliyyə dəstəyi göstəriləcək.
“Heyvandarlıq sahəsində də müsbət dinamika saxlanılıb və ət istehsalında ilkin nəticələrə görə 3,1 faiz artım, süd istehsalında isə 1,7 faiz artım əldə olunub”, - deyə İnam Kərimov qeyd edib.