REGİONLAR
İqor Xenkin: Naxçıvanda keçirilən Beynəlxalq Şahmat Festivalında yenidən iştirak etdiyim üçün çox xoşbəxtəm
Naxçıvan, 13 may, AZƏRTAC
Naxçıvanda keçirilən Beynəlxalq Şahmat Festivalında yenidən iştirak etdiyim üçün çox xoşbəxtəm. Naxçıvan bizim üçün artıq doğma məkana çevrilib.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının iştirakçısı, almaniyalı beynəlxalq qrossmeyster İqor Xenkin bildirib.
İqor Xenkin deyib: “Naxçıvanda keçirilən turnirdə iştirak edən biz şahmatçıların rahatlığı, tam olaraq oyunlara adaptasiya olmağımız üçün hər cür şərait yaradılmışdı. Görüşlərdən sonra Naxçıvan şəhərini də gəzməyə çalışdım. Maraqlı bir məqam bu idi ki, şəhərin kənarları da mərkəzi kimi təmiz və gözəldir”.
Beynəlxalq qrossmeyster festivalda təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirərək qeyd edib ki, gələcəkdə Naxçıvanda keçiriləcək turnirlərdə də iştirak etməyə çalışacaq.