CƏMİYYƏT


İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinin nümayəndə heyəti Milli Oftalmologiya Mərkəzində olub

Bakı, 18 iyul, AZƏRTAC

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım Komitəsinin (DAC) nümayəndə heyəti akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində olub.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 2012-ci ildən bəri Afrika ölkələrində həyata keçirdikləri “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə (AFAB)” kampaniyası və Azərbaycan tərəfindən göstərilən yardımların əlaqələndirilməsi məsələləri müzakirə edilib.

Görüşdə iştirak edən OECD/DAC-ın İnkişaf Əməkdaşlığı üzrə Direktorluğunun şöbə müdiri Ana Fernandes və analitik Huan Kasado Asensio Milli Oftalmologiya Mərkəzinin həkimlərinin Mərkəzin Afrika ölkələrində humanitar yardım kampaniyaları zamanı fəaliyyətinə yüksək qiymət veriblər.

Qeyd edək ki, OECD/DAC donor dövlətlərini bir araya gətirən dünyanın ən nüfuzlu beynəlxalq qurumu hesab edilir. Ölkəmizin həmin təşkilatda təmsil olunması Azərbaycan tərəfindən göstərilən humanitar və inkişafa yardımın dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.