İQTİSADİYYAT
İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi tələbə qəbulu elan edib
Bakı, 2 avqust, AZƏRTAC
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzi 2022-2023-cü tədris ili üçün bir sıra ixtisaslar üzrə tələbə qəbulu elan edib.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, yüksək texniki peşə təhsilini müvəffəqiyyətlə başa vuran tələbələr imtahansız (birbaşa) universitetə qəbul olmaq şansı əldə edəcəklər. Qəbul müsahibə yolu ilə həyata keçirilir. Müsahibədə orta və tam orta təhsilli şəxslər iştirak edə bilərlər. Tədris müddətində ödənişli əsaslarla və dövlət sifarişi əsasında təhsil alan tələbələr təqaüdlə təmin ediləcəklər. Sənədlərin qəbulu avqustun 12-dək saat 10:00-dan 18:00-dək həyata keçiriləcək. Peşə Təhsil Mərkəzinə qəbul olmaq istəyən namizədlər Elektron müraciət sistemi (https://bit.ly/3IHcAPH) və ya Peşə Təhsil Mərkəzinin inzibati binasına gəlməklə (ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 1) qeydiyyatdan keçə bilərlər.
Daha ətraflı məlumatı İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin (www.ezda.edu.az) saytından əldə etmək olar.