ELM VƏ TƏHSİL
“İqtisadi azadlıq indeksi – 2019-2021” kitabı çap olunub
Bakı, 3 dekabr, AZƏRTAC
AMEA-nın İqtisadiyyat İnstitutunun əməkdaşlarının “İqtisadi azadlıq indeksi – 2019-2021” kitabı çap olunub.
Bu barədə AZƏRTAC-a İqtisadiyyat İnstitutundan məlumat verilib. Bildirilib ki, institutun Elmi şurasının qərarı ilə nəşr edilən kitab “Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq müqayisəli reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması” elmi istiqaməti üzrə aparılan araşdırmalara həsr olunub.
Kitabda iqtisadi azadlıq indeksinin yaxşılaşdırılmasının ölkənin sosial-iqtisadi inkişafına təsiri qiymətləndirilib.
Nəşrdə əksini tapan təklif və tövsiyələr müvafiq dövlət institutlarında iqtisadi siyasət sahəsində qərar qəbul edənlər, elmi tədqiqatçılar və iqtisadçılar üçün maraqlı və faydalı olacaq.