DÜNYA


İran Böyük Britaniyadan 400 milyon dollar tələb edir

Tehran, 17 oktyabr, AZƏRTAC

Böyük Britaniya İrana borcunun ödəməsini yubatdığına görə əlavə olaraq 20 milyon avro ödəməlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Səid Xətibzadə deyib. O bildirib ki, 1971-ci ildən bu günə kimi rəsmi London Tehrana olan 400 milyon ABŞ dolları borcunu müxtəlif bəhanələrlə qaytarmaqdan imtina edir.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, 1971-ci ildə tank və digər hərbi sursatlar almaq barədə İran ilə Böyük Britaniya arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, rəsmi London bəzi silah sursatları İrana satıb. Lakin 1980-ci ildə İranda baş verən islam inqilabından sonra Böyük Britaniya sanksiyalara görə tankları satmaqdan və pulu qaytarmaqdan imtina edib.

Zaman keçdikdən sonra həmin tanklarda artıq çox köhnəlib və lazımsızdır. İran haqqını tələb edir. Lakin rəsmi London sanksiyalar ucbatından pulu qaytara bilmir.

İran beynəlxalq məhkəməyə müraciət edib. Məhkəmə prosesi illərdir ki, davam edir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.