DÜNYA


İran və Türkiyə liderlərinin görüşü iki saatdan artıq davam edib VİDEO

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da Rusiya, İran və Türkiyə liderlərinin Suriyadakı vəziyyətlə bağlı 5-ci Sammiti çərçivəsində Ankarada səfərdə olan İran Prezidenti Həsən Ruhani ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında geniş tərkibdə və təkbətək görüşlər iki saatdan çox davam edib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, mətbuat üçün qapalı keçirilən danışıqlarda Suriyadakı vəziyyət və ikitərəfli münasibətlər müzakirə olunub.

Türkiyə Prezidenti hazırda Ankarada səfərdə olan rusiyalı həmkarı Vladimir Putin ilə də görüşəcək.

Xatırladaq ki, bu gün Astana formatında keçiriləcək Zirvə görüşündə Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib bölgəsində yaranmış vəziyyəti müzakirə edəcəklər. Diplomatik mənbələrin məlumatına görə, üçtərəfli Sammitdə suriyalı qaçqınların öz evlərinə qayıtmaları üçün şəraitin yaradılması, davamlı sülhün təmin edilməsi və problemin siyasi həlli məsələləri ətrafında fikir mübadiləsi aparılacaq. Bundan başqa, liderlərin təkbətək görüşlərində ikitərəfli əlaqələr, regional və beynəlxalq formatda əməkdaşlıq məsələləri də müzakirə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.