SİYASƏT


İranda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Tehranda fotosərgi açılıb

Tehran, 5 iyul, AZƏRTAC

İranda keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində iyulun 4-də İranın İncəsənət Akademiyasında ölkəmizin tarixini və müasir dövrünü əks etdirən fotosərgi açılıb.

Sərginin açılışında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İrandakı səfirimiz Bünyad Hüseynov, İranın mədəniyyət və islam irşad nazirinin müavini Əli Muradxanlı, İncəsənət Akademiyasının rektoru Əli Muəllim və digər rəsmi şəxslər, eləcə də ziyalılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Ə.Qarayev qeyd etdi ki, fotosərginin məqsədi İran ictimaiyyətini Azərbaycanın tarixi və müasir dövrü ilə tanış etməkdən ibarətdir.

Nəzərə çatdırılıb ki, Azərbaycan tarixi inkişaf prosesində bir sıra mərhələlərdən keçib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həm Sovet İttifaqı dövründə, həm də müstəqillik illərində mədəniyyətin inkişafına xüsusi diqqət ayırıb. Məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda dini və tarixi abidələr bərpa edilərək xalqın istifadəsinə verilib.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu davam etdirərək Azərbaycanda geniş quruculuq işləri aparır. Azərbaycan Prezidentinin siyasəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür ki, bu da dayanıqlı inkişafa böyük zəmin yaradıb.

Sonra fotosərginin aşılısı oldu.

Sərgidə Azərbaycanın tarixi və dini abidələri, məscidləri, neft sənayesi, mədəniyyəti, turizm potensialı fotolarda əks olunaraq nümayiş etdirilib.

Fotosərgi ziyarətçilər tərəfindən maraqla qarşılandı.

Həmin gün Tehranın “Arasbaran” Mədəniyyət Mərkəzində Azərbaycan filmləri həftəsi başlayıb.

Tehranlı kinosevərlərə 5 gün ərzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmiş 5 film nümayiş etdiriləcək. Azərbaycan filmləri həftəsi “Nabat” filminin nümayişi ilə başlayıb. Bundan başqa “Dərs”, Yarımçıq xatirələr”, “Buta” və “Çölçü” filmləri də nümayiş olunacaq.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.