DÜNYA
İranda yük təyyarəsinin qəzaya uğraması nəticəsində azı 16 nəfər həlak olub VİDEO
Tehran, 14 yanvar, AZƏRTAC
Bu səhər Tehran yaxınlığında qəzaya uğrayan yük təyyarəsində ölənlərin sayı 16 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, Bişkek şəhərindən İranın Kərəc şəhəri yaxınlığındakı “Payəm” hava limanına uçan “Boing -707” tipli yük təyyarəsinin qəzaya uğraması nəticəsində evlər dağılıb. Verilən məlumatlarda deyilir ki, pilotlar eniş zamanı yaranan nasazlığı aradan qaldıra bilməyiblər. Təyyarə yaşayış məntəqəsinin üzərinə düşərək evlərə külli miqdarda ziyan vurub. Təyyarənin pilotu xilas ola bilib.
Qeyd edək ki, təyyarənin düşdüyü ərazi şəhər kənarı olduğu üçün burada çox sayda bağ evləri var.
Hadisə yerinə təcili yardım və yanğınsöndürənlər gəlib.
Təyyarənin Qırğızıstana məxsus olduğu bildirilir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]