DÜNYA
İranlı diplomat Belçikada həbs edilib
Tehran, 15 oktyabr, AZƏRTAC
Belçikada iranlı diplomatın həbs edilməsi 1961-ci ildə imzalanan Vyana Konvensiyasının kobud surətdə pozulmasıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib. O bildirib ki, iranlı diplomat Əsədulla Əsədiniyə qarşı Belçikada terror aktı törətməyə cəhd göstərmək ittihamı irəli sürülüb. Bu ittihamın heç bir əsası yoxdur.
S.Xətibzadə diqqətə çatdırıb ki, rəsmi Tehran diplomatın azad olunmasını tələb edir.
İranın Belçikadakı səfirliyi də bəyanatla çıxış edib. Bəyanatda iranlı diplomatın həbs edildiyi təsdiqlənir. Lakin onun terror aktı törətməyə cəhddə ittiham edilməsinin yalan olduğu bildirilir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]