İDMAN
İrina Kindzerska mükafatçılar sırasında yer ala bilməyib YENİLƏNİB
Bakı, 26 sentyabr, AZƏRTAC
Cüdoçumuz İrina Kindzerska mükafatçılar sırasında yer ala bilməyib. Təsəlliverici görüşdə Türkiyə təmsilçisi Kayra Sayıta məğlub olan cüdoçumuz dünya çempionatını yeddinci pillədə başa vurub.
X X X
14:19
Cüdoçumuz İrina Kindzerskanın təsəlliverici görüşdəki rəqibi müəyyənləşib. Təmsilçimiz bürünc medala gedən yolda Türkiyə cüdoçusu Kayra Sayıtla qarşılaşacaq.
X X X
12:19
Cüdoçumuz İrina Kindzerska dörddəbir finalda Bosniya və Herseqovina təmsilçisi Larisa Kerikə məğlub olub. Buna baxmayaraq cüdoçumuz təsəlliverici görüşdə qüvvəsini sınayacaq.
X X X
11:43
Cüdoçumuz İrina Kindzerska dörddəbir finala yüksəlib. Təmsilçimiz səkkizdəbir final mərhələsində Melisse Mojikanı (Puerto-Riko) məğlub edib. Yarımfinala vəsiqə uğrunda idmançımız Bosniya və Herseqovina cüdoçusu Larisa Kerik ilə üz-üzə gələcək.
X X X
11:00
Cüdoçumuz İrina Kindzerska (78 kq-dan yuxarı) Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, Litva təmsilçisi Sandra Jablonskiteni məğlub edən cüdoçumuz səkkizdəbir final mərhələsində Melisse Mojika (Puerto-Riko)-Güljan İssanova (Qazaxıstan) cütünün qalibi ilə qarşılaşacaq.