REGİONLAR


İşğaldan azad olunan torpaqlarda taxıl əkini üçün on minlərlə hektar sahə şumlanıb

Bakı, 30 noyabr, AZƏRTAC

İşğaldan azad olunan torpaqlarda taxıl əkini məqsədilə artıq on minlərlə hektar sahədə şumlama işləri aparılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 30-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın ötən bir illik fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş növbəti iclasında məlumat verilib.

Bildirilib ki, azad olunan torpaqlarda taxıl əkini məqsədilə artıq on minlərlə hektar ərazidə şumlama işləri aparılıb, bitkiçiliyin, heyvandarlığın, arıçılığın inkişafı üçün prioritet istiqamətlər müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.