RƏSMİ XRONİKA


İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının – ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycridən

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük qürur hissi duyuram, sədaqətli xalqınıza daha yaxşı xidmət etmək, ölkənizi tərəqqiyə və çiçəklənməyə aparmaq səylərinizdə Sizə uğurlar arzu edirəm.

Seçkilərdə inamlı qələbəniz və yenidən Sizə göstərilən böyük etimad bir lider kimi sanballı uğurlarınızın parlaq təsdiqidir.

Zati-aliləri, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin.

Dərin hörmətlə,

Əbdüləziz bin Osman əl-Tüveycri

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının – ISESCO-

nun baş direktoru

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin