REGİONLAR


İsmayıllıda Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib

İsmayıllı, 20 sentyabr, AZƏRTAC

İsmayıllıdakı Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ziyalıların, ağsaqqalların, gənclərin, din xadimlərinin, pedaqoji işçilərin, müharibə və əmək veteranlarının, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri məşğələdə “Ümummilli lider Heydər Əliyevin siyasətində milli-mənəvi dəyərlər: onların qorunması və zənginləşdirilməsi yolları” mövzusu müzakirə edilib.

Rayon icra hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova məşğələnin əvvəlində çıxış edərək söyləyib ki, ulu öndər Heydər Əliyevin əbədilik və dönməzlik xarakteri verdiyi dövlət müstəqilliyimizin əsasında bütün vacib istiqamətlərlə yanaşı milli-mənəvi dəyərlər, onların qorunması və zənginləşdirilməsi mühüm yer tutur. C.Əhmədova Ümummilli Liderin söylədiyi “Əsrlərin dərinliyindən bu günümüzə gəlib çatan adət-ənənələrimiz həmişə insanları saflığa, təmizliyə dəvət etmişdi. Milli və dini adət və ənənələrimiz məhz bu prinsiplərə əsaslanır. Bu gün biz də gəncləri paklıq, saflıq, yüksək əxlaq, yüksək mədəniyyət ruhunda tərbiyə etməliyik” fikirlərinin bu günümüz, gələcəyimiz üçün aktual olduğunu diqqətə çatdırıb.

Məşğələdə rayon icra hakimiyyəti aparatı ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov məruzə edib, çıxışlar olub.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov məşğələyə yekun vuraraq bildirib ki, milli-mənəvi dəyərlər mütləq tərbiyə işinin təməli olmalıdır. Milli-mənəvi dəyərlərin əsasında tərbiyə ona gətirib çıxarmalıdır ki, hər bir insan özünü azərbaycanlı, dövlət qarşısında borclu, ailəsi üçün cavabdeh, fəaliyyət sahəsi üçün məsul bilsin, islami dəyərləri düzgün qiymətləndirməyi bacarsın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.