REGİONLAR


İsmayıllıda fındıq bağlarından 281 ton məhsul yığılıb

İsmayıllı, 7 dekabr, AZƏRTAC

İsmayıllı rayonunda fındıq yığımı başa çatıb, sahələrdən 281 ton məhsul götürülüb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, İsmayıllıda 2091 hektar fındıq bağı var. Onun da 87 hektarı bar verəndir. Cari ildə fındıq istehsalı ötən ildəkindən çoxdur.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə, aqrar sektorda aparılan islahatlara əsasən rayonda bağların 601,2 hektarı son illərdə salınıb. Hazırda məhsuldar bağlar əsasən İsmayıllı şəhərinin, Topçu, Qurbanəfəndi, Quşencə, Tircan, Talıstan, Diyallı ərazi vahidlərinin torpaq sahələrindədir.

Məhsul verən bağların sahəsi artdıqca rayonda fındıq istehsalı da intensiv olaraq çoxalacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.