REGİONLAR


İsmayıllıda oğurluq edən şəxs saxlanılıb

İsmayıllı, 27 iyul, AZƏRTAC

İsmayıllı rayonu Qalagah kəndi ərazisində yerləşən fərdi yaşayış evindən 18 min manat pulun və qızıl-zinət əşyalarının oğurlanması barədə polis şöbəsinə müraciət daxil olub.

Daxil İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndliləri, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunduğu üçün elektron qolbaqla təchiz edilən İlqar Zeynalov və əvvəllər məhkum olunmuş Xəyal Məmmədov saxlanılıb. Araşdırma zamanı həmin şəxslərin oğurluq etdikdən sonra Bakı şəhərinə getdikləri və cinayət yolu ilə əldə etdikləri pulun bir qismini orada öz əyləncələri üçün xərclədikləri məlum olub. Saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edib, pulların və qızılların bir hissəsi onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.