Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsmayıllıda turistlər üçün on görməli məkan

Bakı, 21 iyul, AZƏRTAC

Böyük Qafqaz silsiləsinin cənub yamacında yerləşən, dağların və meşələrin əhatəsində yaşıllıqlara qərq olmuş İsmayıllı rayonu Azərbaycanın ən dilbər guşələrindən biridir. Şirvanın bir hissəsi olan bu diyarın ərazisi Şimali Azərbaycanın bütün torpaqları kimi, Qafqaz Albaniyasının tərkibində olub. Burada müxtəlif dövrlərə aid çoxlu sayda qədim abidələr var. Rayonun rəngarəng kəndləri də diqqətəlayiqdir.

İsmayıllının görməli məkanlarını təqdim edirik.

Qız qalası

Rayon mərkəzindən 10 kilometr məsafədə, Xanəgah kəndi yaxınlığında, İsmayıllı Dövlət Qoruğunun ərazisindəki sıldırım dağın zirvəsində ucalan Qız qalası bu yerlərin ən məşhur tarixi abidəsidir. Sıx meşə ilə örtülü dağın zirvəsinə günəş şüaları düşmədiyi üçün bura hər zaman sərin olur. Qaladan dövrümüzə bürclər, divarlar və səkinin bir hissəsi gəlib çatıb. Qala bürcündən qonşu kəndin bir neçə kilometrliyində yerləşən Cavanşir qalasına aparan yeraltı tunel mövcuddur.

Qalanın tikilmə tarixi müxtəlif mənbələrdə VII əsrdən XI-XII əsrədək göstərilir. Sahəsi 1,5 hektar olan bu müdafiə qalası dik qayaların əhatəsindəki dağın zirvəsində, Ax-ox çayının sağ sahilində tikilib. Eyniadlı istirahət zonasına avtomobillə getmək olar, lakin qalaya doğru bir kilometr məsafəni piyada getmək lazım gələcək. Qız qalasına çatmaq üçün gur axan dağ çayını keçmək isə səyahəti daha macəralı edir. Özünüzlə yerli sakinlərdən bələdçi götürməyiniz yaxşı olar. Qız qalasından açılan əsrarəngiz mənzərə sizin bu tarixi abidəyə qalxmaq üçün çəkdiyiniz əziyyətə dəyər.

Cavanşir qalası

Rayon mərkəzindən 7 kilometr və Talıstan kəndindən 4 kilometr aralıda, Ağçayın sağ sahilində yerləşən bu qala İsmayıllının iftixarı sayılır. İsmayıllının ən qədim kəndlərindən biri olan Talıstan isə rayon mərkəzindən 4 kilometr şimalda yerləşir. Kəndin toponimi “tala məskəni” mənasını daşıyır. Talıstanın ətrafında 4 qədim məskən və 5 qəbiristanın izləri var. Burada ilk arxeoloji qazıntılar ötən əsrin 60-cı illərində aparılıb. Ərazinin 2000 illik tarixi olduğu güman edilir.

Maşınla kəndə çatdıqdan sonra Cavanşir qalasına at belində, yaxud piyada getmək olar. Qala xarici və daxili (İç qala) hissələrdən ibarətdir. Cənub divarlarının əsas hissəsinin eni 2 metr, hündürlüyü 10 metrə çatır. İki hektar ərazisi olan İç qala dağın zirvəsində tikilib. Bu, erkən orta əsrlərin güclü müdafiə istehkamıdır. Deyilənə görə, günah iş görənləri buradakı qayadan uçuruma atırmışlar. Qala məşhur alban sərkərdəsi və hökmdarı Cavanşir Mehraninin (642-681) adı ilə bağlıdır. Əsası mehranilər sülaləsi tərəfindən qoyulmuş Girdiman knyazlığı müasir İsmayıllı rayonunun ərazisində meydana gəlib və sonralar bütün Albaniyaya yayılıb. Buradan 7 kilometr məsafədə yerləşən Qız qalasına yeraltı tunel qazılıb. Tunel zaman keçdikcə dağılsa da, onun bəzi hissələri dövrümüzə gəlib çatıb. Qalanın ərazisində sıx meşələrlə əhatə olunmuş şəlalə var. Bu məkanda piknik üçün gözəl şərait var.

Heydər Əliyev Parkı

Musiqili fəvvarəsi, rahat oturacaqları və Avropadan gətirilmiş yaraşıqlı fənərləri olan Heydər Əliyev Parkı axşamlar və istirahət günləri sakinlərlə dolub-daşır. Buraya gələn gənclər və yaşlılar yüzillərlə yaşı olan əzəmətli çinarların altında sərinləyir, musiqiyə qulaq asır və İsmayıllı Mədəniyyət Mərkəzinin binasında quraşdırılan monitordan xəbərləri izləyirlər. Parkda “Amerikan təpəcikləri”, “Qazlar-ördəklər”, “Gündüz və gecə" karuselləri kimi uşaq attraksionları, uşaq dəmir yolu, balacaların oynaması üçün hava ilə doldurulan poliqon, maqnit yastıqlar üzərində kiçik maşınlar və s. var.

Restoran və kafelər həmişə açıqdır. Parkın bir guşəsində düzülmüş mənzərəli daşların arasında dekorativ ağaclardan ibarət yapon bağı salınıb. Burada köşklərdə oturub ətrafdakı gözəlliyi seyr etmək olar.

Parkdakı çəmənlikdə səhənglər və müxtəlif heykəl kompozisiyaları qoyulub. Çoxpilləli düzbucaqlı forması olan mərkəzi fəvvarə parkı iki hissəyə bölür. Ətrafa modern tərzdə işıq saçan şüşə körpücük diqqəti cəlb edir.

Diyarşünaslıq muzeyi

Heydər Əliyev Parkının ərazisində bu diyarın zəngin tarixi ilə əyani şəkildə tanış olmağa imkan verən İsmayıllı Diyarşünaslıq Muzeyi də yerləşir. 1980-ci ildən fəaliyyət göstərən muzey 2009-cu ildə yeni binaya köçürülüb. Muzeydə toplanmış mindən çox eksponat arasında nadir əşyalar, məsələn, dünyada aşkar olunmuş ən qədim kərə yağı sərgilənir. Onu Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi zamanı Mollaisaqlı kəndində amforanın içində tapıblar. Paytaxt muzeyinin mütəxəssislərinin apardıqları ekspertiza nəticəsində məlum olub ki, kərə yağı eramızdan əvvəl III-I əsrlərə aiddir. 

Qafqaz Albaniyasında yaşamış etnik qruplardan olan hapıtların məskunlaşdığı Mollaisaqlı kəndində eramızdan əvvəl II-I əsrə aid olan gildən düzəldilmiş qablar, bürünc bəzək əşyaları, məzarlar da aşkar olunub. Muzeydə saxlanılan və kosmosun dərinliklərindən gələn meteorit olduğu güman edilən daşı xüsusilə qeyd etmək lazımdır. Daşın ərinmiş qeyri-adi səthi, kiçik həcminə rəğmən ağır çəkisi onun mənşəyi ilə bağlı şübhə yeri qoymur.

Qalacıq kəndi

Kənd rayon mərkəzindən 30 kilometr məsafədə yerləşir və bu istiqamətdə sonuncu yaşayış məntəqəsidir. “Ögey ana” filmində İsmayılın itburnu topladığı zaman partlayan dağın olduğu məşhur fraqment də burada lentə alınıb. Çəkilişlərin aparıldığı dağ kəndə gedən yolun tam ortasında yerləşir. Filmin çəkilişi zamanı burada həqiqətən yol çəkilirmiş və əsl partlayış olubmuş. O zamanlar Qalacığın yolu çətin və uzun idi. Təbiətin dilbər guşələrindən birində yerləşən və gözəl havası olan kənd iri şabalıdları ilə məşhurdur. Kəndin hər yerində əkilmiş böyük şabalıd ağacları ətrafa kölgə salır.

İvanovka

İvanovka kəndi dəniz səviyyəsindən 500-800 metr yüksəklikdə olan Acınohur dağlarında, Göyçay və Dəvəbatan çaylarının arasındakı yaylaqda yerləşir. Kəndin ümumi ərazisi 8 min hektardan çoxdur. Kəndə aparan yolboyu taxıl zəmiləri və qara əkin sahələri görünür. Uzaqdan yanmış torpağa bənzəyən sahələrə yaxınlaşdıqca, əslində, onların əkin yerləri olduğu məlum olur. Kəndin yolları hamar və abaddır. Adət-ənənələrini, folkloru və məişətini qoruyub saxlayan İvanovka rayon mərkəzindən 14 kilometr aralıda yerləşir.

SSRİ-nin süqutundan sonra bütün kolxozlar dağıldı və ləğv edildi. Yalnız kollektiv-ictimai əmək sisteminin əvvəlki kimi fəaliyyət göstərdiyi İvanovkada bu təsərrüfata uzun illər rəhbərlik etmiş Nikitinin adını daşıyan kolxoz qorunub saxlanıldı. Kolxozda 2200 baş iribuynuzlu heyvan, 7 000 baş qoyun və quş saxlanılır. Bu kolxozun məhsulları paytaxt sakinləri arasında populyardır. Bakıda fəaliyyət göstərən xüsusi mağazada İvanovkanın ekoloji cəhətdən təmiz məhsulları satılır. Kənddə taxıl, günəbaxan, tərəvəz becərilir, süd məhsulları - kərə yağı, xama, pendir, habelə bal istehsal olunur.

İvanovkanın qədim adı Həftəran olub və sonralar molokanların Azərbaycana köçürülməsi kampaniyasına başçılıq edən polkovnik İvanovun şərəfinə dəyişdirilib. Rusiyada kilsə islahatını qəbul etmədikləri üçün sürgün edilən kənd sakinləri özlərini "molokan" adlandırıb və köhnə ayinləri icra ediblər. Bütün hallarda, XIX əsrin birinci yarısında molokanların Azərbaycana köçürülməsi çar rejiminin işğal etdiyi torpaqlarda ruslaşdırma siyasətinin tərkib hissəsi idi.

İvanovkadakı evlər qədim, oyma üzlükləri olan və yan-yana tikilmiş klassik standart taxta tikililərdir. Onları geniş küçələr ayırır və hər bir evin qarşısında kiçik dükan var. Bağçalarda meyvə, fərdi təsərrüfatlarda isə bostan məhsulları, qarğıdalı və günəbaxan yetişdirilir.

İvanovkada molokanlarla yanaşı, ləzgi və azərbaycanlılar da yaşayırlar.

Bado-Basqal turizm zonası

Bu marşrutun ilk dayanacağında - Badoda müalicəvi əhəmiyyətli kükürdlü mineral bulaq var. Yolun kənarında yerləşən bulağın ətrafı hər zaman, xüsusilə yay aylarında adamlarla dolu olur. Yaxınlıqda isə turistlərin sevimli yeri olan "Yeddi bulaq" adlı məkan yerləşir. Meşədə qaynayan və yanaşı olan yeddi bulaq səyahətçiləri yayın qızmar istisindən qoruyur.

Bado-Basqal turizm zonasında olan tarixi abidələri gəzmək üçün bir neçə gün vaxt lazımdır. Oraya atla, yaxud piyada getmək mümkündür. XII-XIII əsrlərə aid Xan qalası abidəsindən isə yalnız bir neçə metr hündürlükdə divarlar qalıb. Qala Şirvan hökmdarlarının yay iqamətgahı olub.

Digər tarixi abidə - Haram qalası eyniadlı çayın sağ sahilindəki Sulut kəndi yaxınlığındakı mənzərəli təpədə yerləşir. Yerli sakinlər onu Qırx qız, yaxud Qırx otaq da adlandırır. Burada qırx otaq var. Rəvayətə görə, Şirvanşah onların hər birində bir qız saxlayırmış. Zina üçün istifadə edilən qala xalq arasında “Haram” adlandırılıb.

Fit qalası isə adını dəniz səviyyəsindən 1810 metr yüksəklikdə yerləşən Fitdağdan götürüb. Şirvanşahların bu qədim iqamətgahı strateji əhəmiyyət daşıyıb və ondan sığınacaq kimi istifadə edilib. Bu qala haqqında rəvayətlərin biri də Makedoniyalı İsgəndərlə bağlıdır.

Rus qoşunlarına qarşı döyüşlərdə Şamaxı xanı Mustafa bu qaladan qərargah kimi istifadə edib. Onun ətrafında müdafiə istehkamları çəkilib. Haramçaydan qalayadək qayalıq yolları ancaq atla və piyada qət etmək olar. Qalanın ətrafında orta əsrlər hamamı, meydanlar və müdafiə istehkamları var.

Basqal

İlk baxışdan Bakıdakı İçərişəhərə bənzəyən Basqal kəndi (rayon mərkəzindən 56 kilometr aralı) abadlığı ilə seçilir. Bu kənd 1933-cü ilədək rayon mərkəzi olub. Kəndin şərəfinə "Basqalı" musiqi nömrəsi də var. 1958-ci ildə "Uzaq sahillərdə" filminin bəzi fraqmentləri burada lentə alınıb. Altmış hektar ərazisi olan kənd dövlət qoruğu elan edilib. Basqalın əhalisi azdır, belə ki, 20 il əvvəl burada yaşayan 3 min sakindən indi 1500 nəfər qalıb.

Çay daşı döşənmiş dar küçələr və həmin daşdan tikilmiş evlər xüsusi ab-hava yaradır. Basqalın maraqlı cəhəti bütün evlərin üzü qibləyə tərəf tikilməsidir. Kəndin digər xüsusiyyəti isə XVII əsrdən hamamların evlərin içində olmasıdır. Yol boyunca səliqə ilə düzülmüş ikimərtəbəli evlər və onların həyətləri göz oxşayır. Evlərin birinci mərtəbəsi təsərrüfat, ikincisi isə yaşayış üçün nəzərdə tutulub. Tikinti zamanı hər 5-6 çay daşı qatından sonra ağac kətilləri qoyulub. Mütəxəssislər buna “seysmik kəmər” deyirlər. Bütün evlər zəlzələyə davamlıdır.

Basqalda XVI əsrdə əkilmiş çinar ağacının yarılmış gövdəsində bir zamanlar çayxana, sonradan bərbərxana olub. Ağac dövlət tərəfindən qorunur. XII əsrdə kəndə çəkilmiş “kürəbənd” adlanan kanalizasiya sistemi isə bu gün də fəaliyyət göstərir.

Kəlağayı

Basqal orta əsrlərdə sənətkarlıq və ipəkçilik mərkəzi olub. Şəkililər də ipəkçiliyi basqallılardan öyrəniblər. Demək olar ki, son zamanlaradək bütün ailələrdə ipək toxuyan dəzgahlar vardı. Boyaqçı, toxucu, baramaçı və ipəkçi sənətləri nəsildən-nəslə ötürülürdü. Kəlağayı isə ipəkdən toxunan ən populyar məmulat idi.

Yalnız Azərbaycanda istehsal olunan kəlağayı Azərbaycan xalq sənətinin gözəl nümunəsidir və sosial statusundan asılı olmayaraq qadın geyiminin əsas atributlarından biri olub. Qızlar və müxtəlif yaşlı qadınlar üçün fərqli kəlağayılar toxunurdu. Bu baş örtüyü müxtəlif rənglərdə və ölçülərdə olur və adətən bitki, yaxud həndəsi naxışlarla kənarları boyu (yeləni) və mərkəzi hissədə (xonça) dekorasiya edilirdi. Toyda qızlar adətən qırmızı, yas mərasimlərində isə qara kəlağayı örtürdülər. Gündəlik həyatda isə qadınlar ağ və qəhvəyi kəlağayıdan istifadə edirdilər. Kəlağayının necə bağlanması da ayrıca məna daşıyırdı. Gənc qızlar onu örpək kimi başlarına atır, yaşlı qadınlar isə çalma kimi bağlayırdılar.

Ən qiymətli kəlağayılar 6-7 rəngdən ibarət olur və bugünədək onları məhz Basqalda istehsal edirlər.

Basqalda ötən əsrin 60-cı illərinədək hər evdə kəlağayı toxunurdu. SSRİ-nin süqutundan sonra ölkədəki mağazalarda müxtəlif baş örtükləri bolluğu yarandı. Milli kəlağayı isə dəbdən düşdü. Buna baxmayaraq, Basqalda indi də İpək Mərkəzi fəaliyyət göstərir. Burada kəlağayı ilə yanaşı, digər ipək məmulatlarının da toxunduğu emalatxana, həmçinin kiçik kəlağayı muzeyi var.

Lahıc

Hələ VII əsrdən tarixi mənbələrdən məlum olan və Girdimançayın sahilində, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən Lahıc kəndi xüsusilə diqqətəlayiqdir. Dağlarda salınmış bu kiçik qəsəbə Azərbaycanın ən maraqlı sənətkarlıq mərkəzlərindən biridir. Lahıc qədimdən bəri mis silah və qab-qacağı ilə məşhur olub. Bütün Qafqazda bu məmulatları həvəslə alırdılar. Lahıcda emalatxana və dükanların əksəriyyəti qəsəbənin mərkəzi küçəsi boyunca yerləşir. Çətinliklərə baxmayaraq, yerli ustalar indiyədək öz əcdadlarının sənətini davam etdirirlər. Onların arasında misgərlər, dəri ustaları, dulusçular, dəmirçilər, papaqçılar, ağac üzərində oyma sənətkarları var. Həmçinin burada xalça toxuyur, suvenir və milli geyimlər hazırlayırlar.

Emil Eyyubov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Çempionlar Liqası: "Sabah" “Slaviya Praqa”nı məğlub edir – YENİLƏNİB 3

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub