İDMAN
İspaniyalı gimnast: Milli Gimnastika Arenası çox möhtəşəmdir
Bakı, 17 may, AZƏRTAC
Avropa çempionatında bugünkü çıxışımdan razıyam. Sabah həlledici gündür və yüksək nəticə üçün mübarizə aparacağam. Qitə çempionatında rəqabət ildən-ilə yüksəlir. Ötən il Bakıda keçirilmiş yarışda iştirak etmişəm. Bakıda yüksək səviyyədə təşkil olunmuş bu yarışda iştirak etdiyim üçün şadam. Milli Gimnastika Arenası çox möhtəşəmdir. Burada güclü azarkeş dəstəyi mübarizəni daha maraqlı edir, gimnastları ruhlandırır.
Bunu Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında iştirak edən ispaniyalı gimnast Polina Berezina AZƏRTAC-a müsahibəsində deyib.
Gimnast bildirib: “Yarışlar bədii gimnastika azarkeşləri üçün əsl bayrama çevrilib. Luici adlı meymun-maskot tamaşaçılara və gimnastlara təbəssüm, müsbət enerji və xoş əhval-ruhiyyə bəxş edir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]
Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar
- 26.04.2024 [12:38]
Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb
- 26.04.2024 [11:53]
Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ
- 26.04.2024 [11:46]
Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub
- 26.04.2024 [11:24]
“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib
- 26.04.2024 [10:55]
“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm
- 26.04.2024 [10:34]