RƏSMİ XRONİKA
İspaniyanın Kralı Əlahəzrət I Xuan Karlosa
Əlahəzrət,
İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, birgə səylərimizlə dostluq və əməkdaşlıq əlaqələrimizin ikitərəfli və çoxtərəfli çərçivədə ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq daha da genişlənməsinə və inkişaf etməsinə nail ola bilərik.
Əlahəzrət, belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İspaniya xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 27 sentyabr 2012-ci il.