DÜNYA
İstanbulda bir gəmidə karbon qazı sızması nəticəsində dörd işçi zəhərlənib
İstanbul, 6 may, AZƏRTAC
İstanbulda bir gəmidə karbon qazı sızması nəticəsində işçilər zəhərləniblər. İlkin məlumata əsasən, dörd nəfər xəstəxanaya yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, hadisə İstanbulun Tuzla rayonunda gəmiqayırma zavodunun ərazisində dayanan bir gəmidə meydana gəlib.
Faktla bağlı İstanbul valiliyindən açıqlama verilib.
Bildirilib ki, hadisənin baş verməsi ilə bağlı bu gün saat 10:54-də məlumat daxil olub. Tuzlanın Aydıntəpə rayonundakı gəmiqayırma zavodunda təmir üçün dayanan Liberiya bayraqlı “Gulf Petrolyum-4” gəmisində çalışan işçilərin qazdan zəhərləndiyi bildirilib. Bölgəyə xilasedici və təcili tibbi yardım briqadaları cəlb olunub, lazımi işlər başladılıb. Alınan ilk məlumata görə, sızma təmir ediləcək borulardan birində meydana gəlib. Zəhərlənən işçilər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma başladılıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]