REGİONLAR


İstilik sistemi olmayan müəssisələr mal-materiallarla təmin edilib

Naxçıvan, 21 oktyabr, AZƏRTAC

Muxtar respublikada istilik sistemi olmayan müəssisələr mal-materiallarla təmin olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Maliyyə nazirinin müavini Həsən İsmayılov çıxış edərək, 2020-ci il avqustun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə nazirliyin də qarşısında bir sıra vəzifələr qoyulduğunu bildirib. Qeyd edib ki, muxtar respublikada istilik sistemi olmayan müəssisələrə payız-qış mövsümündə tələb olunan mal-materialın alınması üçün lazımi maliyyə vəsaitinin ayrılmasını təmin etmək, həmçinin dövlət müəssisələrində enerjidaşıyıcılarından istifadə zamanı limitə və borc qalığının yaranmamasına nəzarət edilməsi nazirliyə tapşırılıb.

Həsən İsmayılov Naxçıvan Muxtar Respublikasının istilik sistemi olmayan müəssisələrinin sayı və onların tələbatının müəyyən edildiyini bildirərək ardıcıl və sistemli aparılan tikinti-quruculuq işləri nəticəsində az sayda müəssisə və təşkilatın istilik təminatında maye qaz və neft məhsullarından istifadə olunduğunu vurğulayıb.

Qeyd olunub ki, verilən tapşırıqların icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 20 avqust tarixli Sərəncamına əsasən Təhsil, Səhiyyə və Mədəniyyət nazirliklərinin təklifləri nəzərə alınaraq istilik sistemi olmayan müəssisələrdə 2020-2021-ci illərin payız-qış mövsümü üçün tələb olunan yanacağın, mal-materialların bölgüsü təsdiq edilib. Müşavirədə qarşıya qoyulmuş tapşırıqların icrası ilə əlaqədar müəyyənləşdirilmiş bölgüyə uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən mal-materialların alınması üçün lazımi vəsaitin ayrılması təmin edilib. Həmçinin Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsindən maliyyələşən nazirlik, komitə, idarə və təşkilatların 2020-ci ildə saxlanılması xərcləri smetasında kommunal xidmətlərin ödənilməsi və qış mövsümündə tələb olunan mal-materialın alınması üçün vəsait nəzərdə tutulub.

Sonra istilik sistemi olmayan müəssisələrə mal-materiallar paylanılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.