SİYASƏT


İsveçdə yaşayan azərbaycanlılar Fransa parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qərarını qeyri-demokratik addım hesab edirlər

Bakı, 28 dekabr (AZƏRTAC). İsveçdə yaşayan azərbaycanlılar Fransa parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qərarını

qeyri-demokratik addım hesab edirlər.

Bununla bağlı “Xəzər Azərbaycan-İsveç Assosiasiyası” Fransa Prezidenti Nikola Sarkoziyə etiraz məktubu ünvanlamışdır.

Mətbuatda deyilir: “Fransa parlamentinin qondarma “erməni soyqırımı”nın inkar edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul etməsi qeyri-demokratik addımdır və biz İsveçdə yaşayan azərbaycanlılar bunu qətiyyətlə pisləyirik. 1915-ci ildə baş vermiş hadisələrə tarixçilər şərh verməlidirlər. Türkiyə dövləti arxivləri açmağa və həqiqətləri dünyaya çatdırmağa hazırdır”.

Fransa Prezidentinə tarixə bir daha nəzər salmağın tövsiyə olunduğu məktubda vurğulanmışdır. “Əslində soyqırımı törədən Fransadır. Onlar günahsız Efiopiya və Əlcəzair xalqlarına qarşı soyqırımı törətmişlər”.

“Xəzər Azərbaycan-İsveç Assosiasiyası” Fransa parlamentinə qondarma “erməni soyqırımı” əvəzinə 1992-ci il fevralın 26-da ermənilərin Xocalıda törətdikləri soyqırımını müzakirə etməyi tövsiyə etmişdir.

Məktubun sonunda bir daha İsveçdə yaşayan azərbaycanlıların Fransa parlamentinin ədalətsiz qərarını kəskin surətdə pislədiyi və bunun nə kimi nəticələrə gətirib çıxara biləcəyi ilə bağlı narahatlıq ifadə olunmuşdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.