CƏMİYYƏT


İsveçin Höteborq şəhərində şəhidlərimiz anılıb

Bakı, 27 sentyabr, AZƏRTAC

İsveçin Höteborq şəhərində yaşayan Azərbaycan icması 27 Sentyabr – Anım Günü ilə əlaqədar mərasim keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Azərbaycan Qarabağ Azadlıq Mərkəzi”nin və Höteborq Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan mərasim Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, iki il əvvəl Ermənistanın ölkəmizə qarşı başlatdığı hərbi təcavüzə rəşadətli Ordumuzun 44 günlük sarsıdıcı cavabı Azərbaycan dövlətinin tarixinə qızıl hərflərlə həkk olunub: “Xalqımız heç zaman Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mübariz övladlarımızın nümayiş etdirdiyi qəhrəmanlığı unutmayacaq. Azərbaycan Bayrağının işğaldan azad edilmiş torpaqlarımızda yenidən dalğalandırılması xalqımıza bəxş edilmiş misilsiz səadətdir”.

Sonra şəhidlərimizə həsr olunmuş şeirlər və mahnılar səsləndirilib. Tədbir çərçivəsində təşkil edilən guşədə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş fotomateriallar nümayiş etdirilib, güllər düzülüb və şamlar yandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.