DÜNYA


İsveçin ən böyük aeroportunun bəzi əməkdaşlarının mütəşəkkil cinayətkar qruplaşmalarla əlaqələri üzə çıxıb

Stokholm, 22 fevral, AZƏRTAC

İsveçin ən böyük aeroportunun əməkdaşları arasında mütəşəkkil cinayətkar qruplaşmalarla əlaqəsi olanlar aşkar edilib.

AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, Stokholmun Arlanda aeroportunda mühüm vəzifələr tutan bəzi əməkdaşların kriminal ünsürlərlə əlaqədə olduqları müəyyən olunub. Jurnalistlər bununla bağlı məxfi polis hesabatını ələ keçirə biliblər. Sənəddə bildirilir ki, cinayətkarlarla əlaqəli olanlar aeroportun təhlükəsizlik xidməti, sərnişinlərin yoxlanılması zonası və hətta pasport nəzarəti məntəqəsinin əməkdaşları olublar.

Bundan başqa, bir sıra əməkdaşlara qarşı narkotik maddələrin qaçaqmalçılığı ittihamı irəli sürülüb.

Polisin hesabatında personalın daha diqqətli yoxlanılmasının zəruriliyi qeyd olunur. Qanun keşikçiləri hesab edirlər ki, bu cür yoxlamaların yetərsizliyi terror təhlükəsi qarşısında müdafiəsizliyə gətirib çıxara bilər.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.