İDMAN
İtaliya A Seriyası: "Yuventus" doğma meydanda "Sampdoriya"nı minimal hesabla məğlub edib
Bakı 29 dekabr, AZƏRTAC
Dekabrın 29-da İtaliya A Seriyasının 19-cu turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turnirin açılış görüşündə son çempion "Yuventus" doğma meydanda "Sampdoriya" klubunu qəbul edib. Görüş Turin təmsilçilərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qoca senyora"nın heyətində hər iki qolun müəllifi Kriştiano Ronaldo olub. Bu, portuqaliyalı ulduzun İtaliya A Seriyasında vurduğu 12-ci qolu olub.
Çempionluğa digər iddialı klub "İnter" komandası səfərdə "Empoli" komandasının qonağı olub. Qarşılaşma Milan təmsilçisinin minimal hesabla qələbəsi ilə başa çatıb (0:1). Yeganə qolu 72-ci dəqiqədə Keyta Balte vurub.
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Kievo” – “Frossinone” – 1:0
“Genoa” – “Fiorentino” – 0:0
“Parma” – “Roma” – 0:2
“Lazio” – “Torio” – 1:1
“Sassuolo” – “Atalanta” – 2:6
"Udineze" - "Kalyari" - 2:0
Qeyd edək ki, 19-cu tura "Napoli"-"Bolonya" və "Milan"-SPAL oyunları ilə yekun vurulacaq.