SİYASƏT


İtaliya mətbuatı Bakıdakı hərbi paraddan yazıb

Roma, 28 iyun, AZƏRTAC

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Bakıda hərbi paradda Türkiyə istehsalı olan Som-B1 raketi nümayiş etdirilib” sərlövhəli məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan ilə Türkiyənin müdafiə sahəsində sıx əməkdaşlığından və qardaş ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın və Türkiyənin müdafiə naziri Nurettin Caniklinin hərbi paradda iştirakından söz açılıb.

Yazıda Bakıda hərbi paradda Som-B1 raketinin nümayişinin tarixdə unikal bir hadisə olduğu qeyd edilir. Bildirilir ki, Türkiyənin müdafiə şirkəti “Roketsan” tərəfindən istehsal edilən quru və dənizdəki hədəfləri məhv etmək üçün hazırlanan Som-B1 raketi 230 kiloqram döyüş mərmisinə sahibdir. Raket 250 kilometrdəki hədəfi məhv etmək bacarığına malikdir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.