DÜNYA
İtaliya sahillərində 280 miqrant xilas edilib
Roma, 26 yanvar, AZƏRTAC
İtaliya Sahil Mühafizə Xidmətinin əməkdaşları dənizdə balıqçı gəmisində köməksiz qalan 280 miqrantı xilas ediblər.
AZƏRTAC xəbər verir ki, miqrantların əksəriyyəti Banqladeş və Misir vətəndaşları olub.
Bundan başqa, Sahil Mühafizə Xidmətinin əməkdaşları Lampeduza adasından 50 kilometr uzaqlıqda kiçik qayıq aşkarlayıblar. Qayığa gedən xidmətin əməkdaşları içəridəki miqrantların üçünün soyuqdan donaraq öldüyünü görüblər. Qayıqdan çıxarılan 4 miqrantın isə sahilə çatana qədər hipotermiya səbəbindən öldüyü bildirilib.
Qeyd edək ki, ilin əvvəlindən İtaliyaya dəniz yolu ilə 1751 immiqrant daxil olub. İtaliya xüsusilə Yaxın Şərqdən gələn mühacirlərin dəniz yolu ilə Avropaya çatmaq üçün istifadə etdiyi ölkələrdən biridir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]