DÜNYA
İtaliya sahillərində batmaqda olan 1000-dən çox miqrant xilas edilmişdir VİDEO
Roma, 5 yanvar (AZƏRTAC). İtaliya sahil mühafizə xidməti 1000 nəfərdən çox miqrantı daşıyan qayıqların batmasının qarşısını almışdır.
Avropaya getmək istəyən miqrantlar əsasən Misir, Pakistan, İraq, Tunis, Nigeriya, Zambiya, Malidəndirlər. Xilas edilənlər Siciliyanın şərq sahilində yerləşən limana aparılmışlar.
İtaliya, Avropada məskunlaşmaq istəyənlər, xüsusilə Şimali Afrika ölkələrindən olan miqrantlar üçün mühüm tranzit ölkə hesab edilir. Son illərdə İtaliyada, Yunanıstanda və Maltada güclü miqrant axını müşahidə olunmaqdadır.
Qeyd edək ki, ötən ilin oktyabrında İtaliyanın Lampeduza adası sahillərində Eritreyadan olan 366 miqrantın batması ilə Avropaya qaçqın axını problemi yenidən gündəmə gəlmişdir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri,
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]
Ayın üzərində ilk reklam yerləşdirilib
- 26.04.2024 [11:15]
Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir
- 26.04.2024 [11:10]