DÜNYA
İtaliyada Dövlət Şurasının qərarlarını saxtalaşdırdıqlarına görə dörd yüksəkvəzifəli şəxs həbs edilib
Roma, 8 fevral, AZƏRTAC
İtaliyanın ali inzibati məhkəməsi olan Dövlət Şurasında qərarları saxtalaşdırmaqda şübhəli bilinən dörd nəfər yüksəkvəzifəli şəxs həbs edilib.
AZƏRTAC İtaliyanın “lagazzettadelmezzogiorno.it” saytına istinadla xəbər verir ki, bunlar Siciliya İnzibati Ədliyyə Şurasının keçmiş prezidenti Rafaele Mariya de Lipsis, Hesablama Palatasının sabiq hakimi Luici Pyetro Mariya Karuzo və bir sıra işlərlə bilavasitə əlaqəsi olan hakim Nikola Russodur. Siciliya Regional Məclisinin üzvü Cüzeppe Qennuso isə ev dustaqlığına məhkum olunub.
Polisin məlumatına əsasən, həmin şəxslər 150 min avro məbləğində rüşvət almaqda təqsirləndirilirlər.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]
Ayın üzərində ilk reklam yerləşdirilib
- 26.04.2024 [11:15]
Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir
- 26.04.2024 [11:10]