DÜNYA
İtaliyada qədim əşyaları satan kontrabanda saxlanılıb
Roma, 19 noyabr, AZƏRTAC
İtaliyada əntiq əşyalarla qeyri-qanuni ticarət edən beynəlxalq qrupun üzvlərinin əməllərinin üstü açılıb.
AZƏRTAC xəbər verir ki, İtaliya polisinin keçirdiyi əməliyyat zamanı 23 üzvü olan qrupdan 10 min ədəd Qədim Roma artefaktı aşkarlanaraq götürülüb. Lakin bildirilib ki, artıq bir çox qədim əşya London və Münhen auksionlarında satılıb. Əşyalar İtaliyanın cənubundan gətirilibmiş. Bunlar əsasən eramızdan əvvəl 4-3-cü əsrə aid vazalar, zinyət əşyaları və boşqablardır.
İtaliyanın Kalabriya polis idarəsinin rəisi Bartole Talyettinin məlumatına görə, qrup üzvlərindən ikisi artıq həbs olunub, digərləri isə nəzarət altında saxlanılır. Hazırda Milanda və digər iri şəhərlərdə fəaliyyət göstərən qrup üzvlərinin axtarışı davam edir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]
Ayın üzərində ilk reklam yerləşdirilib
- 26.04.2024 [11:15]
Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir
- 26.04.2024 [11:10]