İQTİSADİYYAT


İyirmi bir sığorta şirkəti doqquz ayda 568 milyon manat sığorta haqqı toplayıb

Bakı, 29 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 568.5 milyon manat məbləğində sığorta haqqı toplanıb, 186.9 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, könüllü sığorta bazarı üzrə haqlar 414.9 milyon manat, ödənişlər 137.3 milyon manat, icbari sığorta bazarı üzrə haqlar 153.6 milyon manat, ödənişlər isə 49.6 milyon manat olub.

2018-ci ilin yanvar-sentyabr ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73 faizi könüllü, 27 faizi isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 73.5 faizi könüllü, 26.5 faizi isə icbari sığorta növləri hesabına formalaşıb.

Doqquz ayda sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.