DÜNYA


İyulun 12-si İrkutsk vilayətində matəm günü elan olunub

Bakı, 11 iyul, AZƏRTAC

İyulun 12-si İrkutsk vilayəti ərazisində matəm günü elan olunub.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə fərman vilayət qubernator Sergey Levçenko tərəfindən imzalanıb.

Matəm günü İrkutsk vilayəti ərazisində bayraqlar endiriləcək. Həmçinin bütün mədəniyyət müəssisələrinə və teleradio kompaniyalarına əyləncə tədbirləri keçirməmək və əyləncəli proqramlar yayımlamamaq tövsiyə edilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin son məlumatına əsasən, vilayətdə iyun ayının sonlarından başlayan daşqınlar nəticəsində həlak olanların sayı 25 nəfərə çatıb, 11 nəfər isə itkin düşmüş sayılır. Daşqınlar vilayətin altı rayonunda 107 yaşayış məntəqəsinə, 10,8 min yaşayış binasına, 11 min bağ sahəsinə, ümumilikdə 34 min sakinə təsir göstərib. Həmçinin regionda 13 avtomobil körpüsü dağılıb, yollar sıradan çıxıb.

İlkin hesablamalara görə, təbii fəlakət İrkutsk vilayətinin kənd təsərrüfatına və yol infrastrukturuna bir milyard rubldan çox ziyan vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.