CƏMİYYƏT
İyunun 30-da Bakıda havanın temperaturu iqlim normasından 0.4 ° aşağı olub
Bakı, 1 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi iyunun 30-u gündüzdən iyulun 1-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, Daşkəsən rayonuna dolu düşüb. Qərb küləyi əsib, ayrı-ayrı yerlərdə güclənib.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, düşən yağıntının miqdarı Xaltan, Qrızda 37, İsmayıllıda 34, Göyçayda 24, Qəbələdə, Şamaxıda 18, Xaçmazda 17, Astarada 16, Altıağacda 14, Daşkəsən, Qusar, Sarıbaşda 13, Lerik, Ağsu, Yevlaxda 11, Kişçay (Şəki), Lənkəranda 10, Xınalıq, Mərəzə, Ağdam, Gədəbəydə 9, Şabran, Yardımlıda 8, Zaqatala, Tərtərdə 6, Şahdağda və Şəkidə 5, Ağdərə (Ordubad), Quba, Bərdədə 4, Göygöl, Oğuzda 3, Ağstafa, Gəncə, Naftalan, Tovuzda 2, Şahbuz, Şəmkir, Balakən, Mingəçevir, İmişli, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Biləsuvar, Neftçala, Nabranda 0.5-1 millimetr olub.
İyunun 30-da 20:35-20:45 radələrində Daşkəsəndə diametri 12 millimetr olan dolu düşüb.
Qərb küləyi əsib, sürəti Naftalanda 32, Mingəçevir, Gəncə, Ağstafa, Şahbuzda 20, Salyan, Ağdamda 18, Zərdabda 17, Neftçalada 15, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 18-23, arabir 25-30 metr/saniyəyədək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən Xəzər dənizində dalğanın hündürlüyü 5,8 metrə çatıb.
İyunun 30-da Bakıda havanın temperaturu iqlim normasından 0.4° aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23-28°, Aran rayonlarında 26-32°, dağlıq rayonlarda 14-19°, Naxçıvan Muxtar Respublikasında 30-34° olub.