İDMAN
Jacqui Freyne: Azərbaycanda idmana böyük diqqət və maraq var
Bakı, 23 iyul, Məmməd Məmmədli, AZƏRTAC
Azərbaycanda idmana böyük diqqət və maraq var.
Bu sözləri “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında iştirak edən İrlandiya milli komandasının atletika üzrə baş məşqçisi Jacqui Freyne AZƏRTAC-a müsahibəsində deyib.
“Biz bu yarışlara böyük həvəslə hazırlaşmışıq və çoxlu medal qazanacağımıza ümid edirik. Komandamızda çox güclü atletlər var. Artıq 4 üzvümüz finala vəsiqə qazanıb. Digər 15 nəfər idmançımız isə hələ öz qüvvələrini sınayacaqlar. Təşkilatçılıq baxımından hər şey möhtəşəm görünür. Yarışların təşkil olunduğu arena da çox gözəldir. Azərbaycan daim belə irimiqyaslı yarışlara ev sahibliyi edib. Bunun səbəbi isə Azərbaycanda idmana böyük diqqət və marağın olmasıdır”, - deyə baş məşqçi bildirib.