İDMAN


Jurnalistlər arasında stolüstü tennis turniri keçirilib

Bakı, 14 iyul, AZƏRTAC

İyulun 14-də mətbuat nümayəndələri arasında stolüstü tennis turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, “Şüa” idman sağlamlıq kompleksində keçirilən turnir 22 iyul - Milli Mətbuat Gününə həsr olunub.

Turnirin açılışında çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov və Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinə təbriklərini çatdırıb, onlara yarışda uğurlar arzulayıblar. Bildirilib ki, yarış Azərbaycan Stolüstü Tennis Federasiyasının təqvim planına müvafiq olaraq təşkil edilib. Turnirin keçirilməsində məqsəd milli mətbuatın yaradılmasının 143-cü ildönümünün qeyd edilməsi, iştirakçıların sağlamlığının möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili, mətbuat işçiləri arasında stolüstü tennisin təbliğ olunmasıdır.

Xüsusi vurğulanıb ki, Azərbaycanda idmana xüsusi diqqət və qayğı göstərilir. Ölkəmizdə idmanın digər növləri kimi, stolüstü tennis də inkişaf edir. Azərbaycan Stolüstü Tennis Federasiyası bu idman növünün populyarlaşması, kütləviləşməsi və inkişafı, gənc idmançıların hazırlanması istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirir.

Fərdi xarakter daşıyan yarış Beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydalarına əsasən təşkil edilib.

Sonda həm kişilərin, həm də qadınların yarışında qalib gələnlər Federasiyanın diplom və mükafatları ilə təltif olunublar.

Qaliblər arasında AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.