CƏMİYYƏT


Jurnalistlər çayın vətənində olublar VİDEO

Çendu, 13 aprel, AZƏRTAC 

Çin Beynəlxalq Mətbuat Mərkəzinin nəzdindəki “Çin-Avrasiya” mətbuat mərkəzinin layihəsinin iştirakçıları çayın vətənində - Çinin Sıçuan əyalətinin Yaan şəhər dairəsində olublar.

AZƏRTAC xəbər verir ki, Yaan dairəsi çayın vətəni sayılır, çünki ilk dəfə olaraq məhz burada bu ətirli içkinin istehsalı başlayıb. Dairənin əhalisi təxminən 2 milyon nəfərdir. Yerli sakinlər əsasən çay plantasiyalarında çalışırlar.

Qədim zamanlardan bu diyarın əhalisi çayı ata dəyişərək alver ediblər. Çaylı-atlı yol – yerli sakinlər tacirlərin gəlib-getdiyi dağ cığırını belə adlandırıblar. Bu yol çayın əkib-becərildiyi Sıçuan əyalətinin Yaan dairəsindən başlayaraq, dəniz səviyyəsindən 3650 metr yüksəklikdə yerləşən Tibetin müqəddəs paytaxtı Lxasayadək təxminən 2250 kilometr uzanırdı. Çay Tibetə 500 qramdan 3 kiloyadək olan bükümlərdə gedib çatırdı.

Hazırda irimiqyaslı çay istehsalı ilə “Yaan Çay Zavodu” MMC məşğul olur. Bu müəssisə hələ 1546-cı ildə yaradılıb və 470 illik fasiləsiz çay istehsalı tarixinə malikdir. Çində mərkəzi dövlət yaradılanadək yerli sahibkarlar çayı ayrı-ayrılıqda istehsal edirdilər. Çin Xalq Respublikası onlarca çay mağazası yarandıqdan sonra Sıçuanda Yaan çay zavodunun əsasını qoydular. Müəssisə 2000-ci ildə “Yaan Çay Zavodu” məhdud məsuliyyətli cəmiyyətə çevrildi. 2015-ci ilin martında zavod Tibet çayı istehsalı bazarında yeganə müəssisə oldu.

“Yaan Çay Zavodu” Yaan şəhər dairəsinin Yuuçen rayonunun Dasin şəhərindəki Milli Elmi-Texniki Kənd Təsərrüfatı Parkında yerləşir. Bu, Tibet çayı istehsalı üzrə Çində ən böyük bazadır. Baza daim “yaxşı, sakitləşdirən, sağlamlıq üçün faydalı çay istehsal etmək” biznes fəlsəfəsinin prinsiplərinə əsaslanıb. Müəssisənin başlıca dəyəri bunlardır: “yüz ilin zavodu, əbədi kitablar və sevgi, minillik Tibet çayı, sağlam insanlar”. Müəssisə Tibet çayı istehsal edən şirkətlər arasında “QS” sertifikasiyasını, keyfiyyət menecmenti sistemi sertifikasiyasını, qida məhsullarının təhlükəsizliyinin idarəetmə sistemi sertifikasiyasını, vicdanlı idarəetmə sistemi sertifikasiyasını və orqanik Tibet çayı sertifikasiyasını birinci olaraq əldə edib.

Tibet çayından hələ qədim dövrlərdən müalicə vasitəsi kimi istifadə edirlər. Çayın tərkibində 500-dən artıq faydalı elementlər var. Həmçinin çay yarpaqlarının qoxusu fiziki gücün sürətli bərpası üçün faydalıdır.

Bəhruz Vəliyev

AZƏRTAC-ın müxbiri

Çendu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.