İQTİSADİYYAT
KƏND TƏSƏRRÜFATININ İNKİŞAFINDA FRANSANIN TƏCRÜBƏSİ ÖYRƏNİLİR
Fransada kənd təsərrüfatının inkişafına dair ardıcıl və sistemli şəkildə həyata keçirilmiş bəzi yardım tədbirlərinin siyahısı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına göndərilmişdir.
Konfederasiyadan AZƏRTAC-a bildirmişlər ki, bu tədbirlərin Azərbaycanda da həyata keçirilməsi gələcəkdə kənd təsərrüfatının inkişafında əhəmiyyətli olar. Bu üsulların bir qismi, hazırda Avropa İttifaqı tərəfindən kənd yerlərinin inkişafı proqramı və ya regional proqramlar çərçivəsində istifadə edilməkdədir.
Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fransız şirkətləri Azərbaycanda müvafiq sahədə fəaliyyət göstərən iş adamları ilə əməkdaşlıq etmək niyyətindədir. Bu əməkdaşlıq əlaqələrinin qurulması Azərbaycan şirkətlərinə öz məhsullarını dünya bazarlarına çıxarmağa imkan verəcəkdir.