REGİONLAR
KƏND TƏSƏRRÜFATI SİYAHIYAALMASINA HAZIRLIQ GEDİR
Qax Rayon Statistika İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, kənd təsərrüfatı siyahıyaalmasının keçirilməsi haqqında respublika Nazirlər Kabinetinin müvafiq qərarının icrası ilə bağlı rayonda hazırlıq işlərinə başlanilmışdır.
Bu günlərdə Dövlət Statistika Komitəsinin nümayəndəsi rayonda olmuş, siyahıyaalmaya hazırlıq işlərinin başlanilması və nəzərdə tutulmuş tədbirlərin cədvəli ilə əlaqədar rayondakı həmkarlarına metodiki kömək göstərmişdir.
İdarədən bildirmişlər ki, 2005-ci ilin iyun ayında həyata keçiriləcək kənd təsərrüfatı siyahıyaalmasının əsas məqsədi ölkəmizdə aqrar sahənin gələcək inkişafı istiqamətlərini düzgün müəyyənləşdirmək, kənd təsərrüfatının mövcud vəziyyəti ilə bağlı dolğun və hərtərəfli məlumat əldə etmək, statistik işlərin yerinə yetirilməsi üçün müvafiq informasiya bazası yaratmaqdır.
Siyahıyaalmaya hazırlıq işləri 2004-cü ilin sonunadək başa çatdırılmalıdır.