SİYASƏT


KİÇİK YAŞLI HƏMYERLİMİZİN UĞURU

Parisin Slavyan konservatoriyasında kiçik yaşlı pianoçuların beynəlxalq müsabiqəsi keçirilmişdir. Bir həftədən çox davam etmiş müsabiqədə Fransa, İtaliya, Rusiya, Ukrayna, Özbəkistan, Gürcüstan və Latviyadan gəlmiş kiçik yaşlı ifaçılar qalib adı uğrunda mübarizə aparmışlar. Azərbaycanı bu mötəbər müsabiqədə Bülbül adına musiqi kollecində təhsil alan Lalə Şirinova təmsil etmişdir. Kiçik yaşlı pianoçu beynəlxalq müsabiqədə görkəmli bəstəkarlarımız Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Vaqif Mustafazadənin və bir sıra xarici ölkə bəstəkarlarının əsərlərindən parçaları məharətlə ifa etmişdir.

Gərgin keçmiş müsabiqədə Lalə Şirinova qaliblər sırasına çıxmış və ikinci yeri tutmuşdur.

Münsiflər heyəti kiçik yaşlı pianoçumuzun ifaçılıq qabiliyyətini yüksək qiymətləndirmişdir.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

PARİS

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.