İQTİSADİYYAT


KOBİA Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində iki sənəd imzalayıb

Bakı, 3 iyun, AZƏRTAC

Sankt-Peterburqda keçirilən XXIV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bir sıra görüşlər keçirib, əməkdaşlığa dair iki sənəd imzalayıb.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Qətər İnkişaf Bankının baş icraçı direktoru Əbdüləziz Nasir Əl-Xəlifə və agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov arasında keçirilmiş görüşdə əməkdaşlıq imkanları müzakirə edilib. Görüş çərçivəsində Qətər İnkişaf Bankı və KOBİA arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənəd KOB-ların maliyyə və satış bazarlarına çıxışının dəstəklənməsi istiqamətində təcrübə mübadiləsini, birgə təşəbbüslərin reallaşdırılmasını və sair nəzərdə tutur.

Forum çərçivəsində, həmçinin KOBİA və Rusiyanın “Roskonqres” Fondu arasında əməkdaşlığa dair saziş imzalanıb. Sazişə əsasən, tərəflər işgüzar dairələr arasında səmərəli ünsiyyətin yaradılması, qarşılıqlı məsləhət, məlumat və ekspert dəstəyi kimi istiqamətlərdə əməkdaşlıq edəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.