SİYASƏT


KXDR Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Azərbaycana səfər edəcək

Pekin, 22 oktyabr, AZƏRTAC

Koreya Xalq Demokratik Respublikası (KXDR) Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri, KXDR Dövlət Şurası Sədrinin müavini Çoe Ryonq Hae Azərbaycana səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. Bildirilir ki, KXDR rəsmisi Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfər edir. KXDR nümayəndə heyəti artıq Pxenyandan yola düşüb.

Qeyd edək ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü oktyabrın 25-26-da Bakıda keçiriləcək. Zirvə Görüşünə ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılacaq.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.