DÜNYA


KXDR-in növbəti raket sınağı Cənubi Koreya və Yaponiyada narahatlıq doğurub

Bakı, 19 oktyabr, AZƏRTAC

Bu gün səhər saatlarında Şimali Koreya sualtı qayıqlar üçün nəzərdə tutulan ballistik raketi sınaqdan keçirib.

AZƏRTAC Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, sualtı qayıqların istehsalı üçün nəzərdə tutulan tərsanənin yerləşdiyi Sinpho şəhərinin kənarından Yapon dənizi istiqamətinə atılan təyin olunmamış mərmi 60 kilometr yüksəkliyə qalxıb və 430-450 kilometr məsafə qət edib.

Yaponiya artıq yaranan vəziyyətlə bağlı KXDR-ə etiraz göndərib. Bu ölkənin müdafiə naziri Nobuo Kisi Şimali Koreyanın raket sınaqlarının bütün ölkələrə təhdid olduğunu vurğulayıb. Koreya Respublikası da Pxenyanın keçirdiyi raket sınaqlarından narahatlığını bildirib.

Qeyd edək ki, bu, cari ildə KXDR-in keçirdiyi sayca səkkizinci raket sınaqlarıdır. Sentyabr ayının sonlarında Pxenyan ilk dəfə olaraq Yapon dənizi istiqamətində yeni “Hvason-8” hipersəs raketini buraxmışdı.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.