CƏMİYYƏT


Kağız üzvlüyü anbarında ehtiyatsızlıqdan baş verən ölüm hadisəsi ilə bağlı cinayət işi başlanıb

Bakı, 27 aprel, AZƏRTAC

Aprelin 26-da saat 18 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən kağız üzlüyü anbarında İsrafilov İsabala Nəsib oğlunun ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Nizami Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılan araşdırmalarla mal götürmək məqsədilə Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən kağız üzlüyü anbarına gəlmiş Əhmədov Sərdar Səfər oğlunun yarımqoşqu ilə idarə etdiyi yük avtomobili ilə anbardan çıxarkən həmin vaxt tanışının yanına gəlmiş 1955-ci il təvəllüdlü İsabala İsrafilovun yarımqoşqu ilə dəmir qapı arasında sıxılıb qalması və aldığı xəsarətlərdən hadisə yerində ölməsi müəyyənləşdirilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri tədbirlər yerinə yetirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.